Türk futbolçu yenidən Fransa çempionatında

Türk futbolçu yenidən Fransa çempionatında
21:52 7 Yanvar 2016
33 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyə millisinin üzvü Mevlüt Erdinçin yeni klubu müəyyənləşib. Fanat.az xəbər verir ki, 28 yaşlı forvard yenidən Fransa çempionatında çıxış edəcək.

Belə ki, Mevlüt "Hannover 96"dan "Genqam"a keçib. Almanlar onu mövsümün sonunadək Fransa klubuna icarəyə verib.


Qeyd edək ki, Mevlüt yayda transfer olunduğu "Hannover 96"nın heyətində 13 rəsmi matça çıxıb. O, əvvəllər Fransanın "Soşo", PSJ, "Renn" və "Sent-Etyen" klublarında çıxış edib. O, Fransanın U-17 və U-19 yığmalarında oynadıqdan sonra Türkiyə millisinə üz tutub.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-turk-futbolcu-yenidn-fransa-cempionatnda-t46628.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR