Yağlı saçlardan bezən xanımlara MƏSLƏHƏT

Yağlı saçlardan bezən xanımlara MƏSLƏHƏT
21:57 7 Yanvar 2016
133 Maraqlı
Ölkə mətbuatı
A- A+

Saçlarınız tez-tez yağlanır, hətta hər gün yumağa belə ehtiyac duyursunuzsa, o zaman saçınızdakı yağlanmanın qarşısını alacaq yollar var.

Milli.Az lent.az-a istinadən bildirir ki, quru saçlar da, yağlı saçlar da saç dərisi üçün normal sayılan PH balansına sahib deyildir. Sağlam saçlar üçün də sağlam saç dərisinə sahib olmaq lazımdır. İndi yağlı saçlar da çox ciddi problem kimi qarşılanır. Çünki gündüzlər yuyulan saçlar günortadan sonra artıq parıldamağa, yağlı görünməyə başlayır. İnsanlar da hər gün saçlarını yumağa məcbur olur.

Saçlarınıza toxunmayın

Yağlı saçlar sizə "mənə toxunma" deyir. Bu, doğrudur: saçlarınıza toxunmayın. Əllərinizi saçlarınızın arasına salaraq arxaya sığallamayın. Çünki hər dəfə saçlarınıza toxunduğunuzda yağ vəzlərini hərəkətə keçirmiş olursunuz.

Aloe-vera

Eyni miqdarda bir xörək qaşığı aloe-vera və bitki mənşəli şampunu qarışdırın. Dairəvi hərəkətlərlə dərinizi bu qarışımla masaj edin. Dırnaqlarınızı saç dərisinə sürtməyin. Bunu həftədə 3 dəfə, ya da hər gün edin.

Nəmləndirmə

Saç baxımı ən az həftədə iki dəfə olmalıdır. Saçınız üçün nəmləndirici istifadə edin.

Protein

Saçınızın yağ balansını tənzimləmək üçün yeməklərinizə də diqqət etməlisiniz. Hormonlar saçların yağlı, ya quru olmasında olduqca vacibdir. Yağlı və şəkərli qidalar hormonlara təsir edərək, saçları yağlı edən yağ vəzlərini hərəkətə keçirir. Protein ağırlıqlı qidalandığınızda hormonlarınız doğru çalışacaq və yağ vəzləri çox aktiv olmayacaq.

Limon suyu

Limon suyu toksinləri təmizləyərək, saçların yağ balansını da tənzimləyir. Yaşıl limon PH səviyyəsini nizamlayır. Dərinin sağalmasına yardımçı olur. Bir miqdar su ilə limon suyunu qarışdırın və saçlarınızı şampunla yuduqdan sonra bununla saçlarınızı durulayın. Saçlarınızın yağlılığı bir müddət sonra yox olacaq.

Stressdən qaçın

Stressin saç və dəri üzərində təsiri böyükdür. Çünki stressli zamanda hormonların fəaliyyəti də dəyişir. Yağ vəzləri daha çox çalışır. İdman edin, rəqs edin, musiqi dinləyin, sağlam qidalanın.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/395999.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR