​Ağstafada avtomobildən 15 metr kənara düşən sürücü qəza yerində ölüb

​Ağstafada avtomobildən 15 metr kənara düşən sürücü qəza yerində ölüb
22:07 7 Yanvar 2016
154 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 7 yanvar. REPORT.AZ/ Ağstafada ölümlə nəticələnən ağır yol qəzası baş verib.
"Report" xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının 467-ci kilometrliyində qeydə alınıb.
26 yaşlı Oruc Əliyevin sükanı arxasında olduğu "Naz Lifan" markalı avtomobil idarəetməni itirərək əvvəlcə bayraq meydanının bardürünə, daha sonra isə rayon sakini Əli Cəfəroğlunun idarə etdiyi "VAZ 21-06"ya dəyib.
"Naz Lifan"dan 15 metr kənara düşən sürücü hadisə yerində dünyasını dəyişib.
Hadisə şahidlərinin sözlərinə görə, qəza yüksək sürət nəticəsində baş verib. Qəza zamanı "VAZ" sürücüsü xəsarət almayıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR