İngiltərədən müsəlmanlara böyük jest (FOTO)

İngiltərədən müsəlmanlara böyük jest (FOTO)
22:16 7 Yanvar 2016
30 Digər
Ölkə mətbuatı
A- A+

İngiltərə və Uels müsəlman şagirdlərə jest edəcək. Belə ki, ölkədəki, müsəlman şagirdlərin buraxılış və abituriyent imtahanları Ramazan ayına təsadüf etdiyindən onlara öz potensiallarını sağlam şəkildə göstərə bilməsi üçün imtahanları hər zaman keçirildiyi vaxtdan tez, yəni Ramazan ayından əvvəl keçirməyi qərara alıb. Bununla da imtahanlar ya Ramazandan əvvəl, ya da səhər saatlarında keçiriləcək.

ANS PRESS-in məlumatına görə, bu ilin 6 iyununda başlayacaq Ramazan ayı ilə əlaqədar 5 milyon şagirdin qatılacağı “GCSE və A-Level” imatahanlarının vaxtının dəyişdirilməsi qərarı bir çox söz-söhbətlərə də səbəb olub.


Böyük Britaniya Uels.

"Christian Concern" adlı xristian dərnəyindən Colin Hart, məsələ ilə bağlı fikirlərini bildirərək, “Hər şeyi olduğu kimi saxlamaq lazımdır. Hər kəsə aid olan qanunları sadəcə azlıq təşkil edən müsəlman şagirdlər üçün dəyişdirmək doğru deyil. Biz Səudiyyə Ərəbistanında yaşamırıq ki, imtahanları şəriət qanunlarına uyğun şəkildə keçirək”, deyə qərarı tənqid edib.

Ölkədə fəaliyyət göstərən müsəlman təşkilatları xəbəri böyük sevinclə qarşılayıb.

Milli Dünyəvi Cəmiyyət qurumundan Keith Porteous Wood isə “müsəlman şagirdlər əgər bu vəziyyətdən dolayı çətinlik çəkirsə və bununla bağlı hər hansı bir tələbləri varsa, aidiyyatı qurumlar bu məsələnin həlli üçün əllərindən gələni etməlidir. Əlbəttəki alınan qərarlar başqa şagirdlərə zərər verməməlidir”, deyə öz fikirlərini bildirib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369127

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR