İsrafil İsrafilov ağac oğurlayıb? - FOTO

İsrafil İsrafilov ağac oğurlayıb? - FOTO
22:17 7 Yanvar 2016
35 Digər
Ölkə mətbuatı
A- A+

Akademik Milli Dram Teatrının keçmiş direktoru İsrafil İsrafilovun teatra məxsus bəzi əşyaları və sənət ocağının həyətindəki dekorativ şam ağaclarını çıxartdıraraq aparması barədə yayılan ittihamlara aydınlıq gəlib.

Milli.Az anspress-ə istinadən bildirir ki, Milli Dram Teatrının bir neçə aktyorunun verdiyi məlumata görə, keçmiş direktorun belə bir hərəkətə yol verməsi inandırıcı deyil.

Xalq artisti, Milli Dram Teatrının aktyoru Ramiz Novruz bu məlumatın tamamilə əsassız olduğunu bildirdi. Onun sözlərinə görə, ağacların çıxarılması ərazidə yol çəkilişi ilə əlaqədardır:

"Bu, tamamilə absurddur. Bunu kimlər yayıb bilmirəm, amma belə ittiham səsləndirmək insanlığa, əxlaqa yaraşmaz. Yəni İsrafil İsrafilovun bir ağac əkməyə gücü çatmır ki, belə iş görsün. Heç o elə insan da deyil axı. Həm də orda cəmi bir ağac çıxarılıb, bu da onunla bağlıdır ki, teatrın arxa tərəfindəki ərazidən ta "Sovetski"yə qədər tikinti işləri aparılır, yol çəkilməlidir" deyə Ramiz Novruz qeyd etdi.

İsrafil İsrafilova qarşı səsləndirilən ittihamlarla bağlı xalq artisti, Milli Dram Teatrının aktrisası Firəngiz Mütəllimova ilə də danışdıq. Aktrisa bu məlumatın həqiqət olub-olmadığını dəqiq bilmədiyini, bu barədə sadəcə işdə digər həmkarlarından eşitdiyini söylədi:

"Gedənin dalınca danışmazlar. Bilmirəm bu ittihamlar nə dərəcədə doğrudur. Xəstə olduğum üçün neçə gündü teatrda yox idim. Bu barədə bu gün işə çıxanda eşitdim".

Israfil Israfilovla şəxsi qərəzliyinin olmadığını deyən Firəngiz Mütəllimova bununla belə onun rəhbərliyi dövründə teatrın fəaliyyətindən razı qalmadığını da dilə gətirdi. "Yaradıcı insanlara sərbəstlik verilməlidir, daim əsəb-stress içində necə işləyəsən? 5 ilimiz hədər getdi, ancaq vədlərə qulaq asdıq. Amma indi sevinc içindəyik, bizə yaradıcı adamı sevib qiymət verən adam lazımdı, o da indi teatra rəhbərlik edəcək" deyə Firəngiz Mütəllimova vurğuladı.

Milli Dram Teatrının keçmiş direktoru isə barəsində deyilənlərlə bağlı susmağa üstünlük verir. Gün ərzində onunla bir neçə dəfə əlaqə yaratmağa çalışsaq da, İsrafil İsrafilov telefon zənglərimizə cavab vermədi.

Milli Dram Teatrının keçmiş direktoru İsrafil İsrafilov barəsində guya onun teatrın həyətindəki 4 dekorativ şam ağacını fəhlələrə çıxartdıraraq öz bağında əkdirməsi və vəzifədən gedərkən teatrdan başqa əşyalar aparması barədə ittihamlar yayılmışdı.

İsrafil İsrafilovun teatrla bağladığı müqavilənin müddəti bu il yanvarın 5-də başa çatıb. Yanvarın 6-da isə Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin müvafiq əmrinə uyğun olaraq indiyədək Milli Dram Teatrının bədii rəhbəri və baş rejissoru olan xalq artisti Azərpaşa Nemət teatrın bədii rəhbəri və direktoru vəzifəsinə təyin olunub. Teatrın direktor müavini Natiq Güləhmədov isə sərəncamçı direktor vəzifəsinə keçirilib.

İsrafil İsrafilov ilk dəfə 2010-cu ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru təyin edilmişdi. 2015-ci il yanvarın 5-də isə onun Mədəniyyət və Turizm Nazirliyi ilə olan müqaviləsi yenilənmişdi.
Milli.Az




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Astroloji proqnoz - 27 sentyabr

27 Sentyabr 2017 00:18

Səudiyyə Ərəbistanında qadınlara "YAŞIL İŞIQ" - iLK DƏFƏ

27 Sentyabr 2017 00:18

Paytaxt məktəbinə Kərim Kərimovun adı verildi

27 Sentyabr 2017 00:09

Məsud Bərzani hökuməti bizə xəyanət etdi -

27 Sentyabr 2017 00:04

Giləzidə 196 ədəd partlamamış hərbi sursat aşkar edilib

27 Sentyabr 2017 00:02

Suriyada Rusiyaya məxsus vertolyot vurulub

26 Sentyabr 2017 23:57

Tramp: “Bu, kommunist ölkə üçün dəhşətli olacaq”

26 Sentyabr 2017 23:53

Sosial media cəmiyyəti aldadır - VİDEO

26 Sentyabr 2017 23:43

Səudiyyə Ərəbistanında ilk dəfə qadınların avtomobil sürməsinə icazə verilib

26 Sentyabr 2017 23:42

Moskvada bomba həyəcanı -

26 Sentyabr 2017 23:42

Üzeyir Hacıbəyli festivalı başa çatdı

26 Sentyabr 2017 23:29

“Qarabağ”ın rəqibində yeni müqavilə

26 Sentyabr 2017 23:24

4 otaqlı ev yandı

26 Sentyabr 2017 23:19

Azərbaycan neftinin qiyməti 60 dolları ötdü

26 Sentyabr 2017 23:18

Bakıda yaşlı qadını yük maşını vurub

26 Sentyabr 2017 23:17

İcra Hakimiyyəti küləyin fəsadları barədə -

26 Sentyabr 2017 23:16

Azərbaycan neftinin qiyməti 2015-ci ilin iyulundan ilk dəfə 60 dolları ötdü

26 Sentyabr 2017 23:12

Meksikadan Azərbaycana TƏŞƏKKÜR

26 Sentyabr 2017 22:58

Çilidə 5,1 bal gücündə zəlzələ baş verib

26 Sentyabr 2017 22:57

Dünyanın ən böyük ikinci almazı satılıb -

26 Sentyabr 2017 22:55

Avropa çempionatı: Belarus və Hollandiya voleybolçuları növbəti mərhələyə yüksəlib

26 Sentyabr 2017 22:37

ABŞ və Çindən sonra Rusiya da HAZIRLADI: Daha raketlər lazım OLMAYACAQ - FOTO/VİDEO

26 Sentyabr 2017 22:33

Rusiyanın bombardmançı təyyarələri terror təşkilatlarının mövqelərinə zərbələr endirib

26 Sentyabr 2017 22:33

"Kəpəz" - "Qəbələ" matçının yeri dəyişdirilib

26 Sentyabr 2017 22:22

Türkiyədə bina çökdü - Ölən və yaralanan var

26 Sentyabr 2017 22:18

Referendumun təşkilatçıları əməllərinə görə cavab verəcəklər -

26 Sentyabr 2017 22:15

ABŞ-dan Pxenyana qarşı əlavə sanksiyalar

26 Sentyabr 2017 22:14

İranda "Telegram" messencerinin yaradıcısına qarşı cinayət işi açılıb

26 Sentyabr 2017 22:12

Azərbaycan Türkiyədə traktor istehsal edəcək

26 Sentyabr 2017 22:03

Filippin prezidentini qətlə yetirmək istədilər -

26 Sentyabr 2017 22:00

“Adamyeyənlər ət satışı üçün yer axtarırdılar” - Hanniballar ailəsi barədə ŞOK DETALLAR

26 Sentyabr 2017 21:53

Azərbaycan Türkiyədə traktor istehsal edəcək

26 Sentyabr 2017 21:50

Türkiyə ordusu İraqla sərhəddə hərbi təlimləri genişləndirib

26 Sentyabr 2017 21:44

İran sərhədlərini gücləndirir

26 Sentyabr 2017 21:38

Meksika təbii fəlakətlə əlaqədar göstərdiyi dəstək və həmrəyliyə görə Azərbaycana minnətdarlıq edib

26 Sentyabr 2017 21:37

Bağdad kürd muxtariyyətinə üç gün vaxt verdi

26 Sentyabr 2017 21:34

Türkiyəli jurnalist Qurban Qurbanova hədiyyə verdi

26 Sentyabr 2017 21:28

Rusiya İraqın ərazi bütövlüyünün tərəfdarıdır -

26 Sentyabr 2017 21:28

Şimali koreyalı futbolçunu ağladan qadağa

26 Sentyabr 2017 21:19

İraq kürd muxtariyyətinə 3 gün vaxt verdi

26 Sentyabr 2017 21:14

Deputat həmkarını iclas zamanı nokauta saldı - FOTO

26 Sentyabr 2017 21:13

BƏƏ mütəxəssisləri Heydər Əliyev hava limanının əməkdaşlarına təlimlər keçir

26 Sentyabr 2017 21:12

"Facebook" rəsmən xəbərdar edildi -

26 Sentyabr 2017 21:10

ABŞ Senatının komitəsi Con Hantsmanın Amerikanın Rusiyadakı səfiri vəzifəsinə namizədliyini təsdiqləyib

26 Sentyabr 2017 21:02

Səudiyyə kralından tarixi qərar

26 Sentyabr 2017 20:58

Pentaqon rəhbəri Hindistana səfər edib

26 Sentyabr 2017 20:50

Bakıda pulsuz vayfay olan ərazilər genişləndi - TAM SİYAHI

26 Sentyabr 2017 20:48

Türkiyə XİN başçısı: “Bundan sonra Türkiyəyə gəlmə, Bağdadda görüşəcəyik”

26 Sentyabr 2017 20:47

Bakıda pulsuz "Wi-Fi" olan ərazilər genişləndi -

26 Sentyabr 2017 20:41

İsveçdə tank qatarla toqquşub

26 Sentyabr 2017 20:37