Kralın bacısı məhkəmə qarşısına çıxacaq

Kralın bacısı məhkəmə qarşısına çıxacaq
22:34 7 Yanvar 2016
19 Dünya
Ölkə mətbuatı
A- A+

İspaniya kralı VI Felipenin bacısı Kristina yanvarın 11-də məhkəmə qarşısına çıxacaq. 

 



Axşam.az modern.az-a istinadən xəbər verir ki, kralın bacısının əri İnyaki Urdanqarina 5,8 milyon avro vəsaiti mənimsəməkdə, vergidən yayınmaqda və yalan ifadə verməkdə ittiham olunur. İstintaq Kristinanın da 2007 və 2009-cu ildə ərinə iki vergi cinayətində yardım etdiyini bildirir. Kral ailəsinin 49 yaşlı üzvü ilə bağlı keçiriləcək məhkəmə prosesində böyük rezonans gözlənilir. 

 



Təsadüfi deyil ki, prosesi işıqlandırmaq üçün dünyanın müxtəlif ölkələrindən 590 jurnalist akkreditasiyadan keçib. Proses təhlükəsizlik məqsədilə Balear adalarındakı Palma-de-Mayorka şəhərində baş tutacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR