Mədədəki köpü azaldan 7 QİDA

Mədədəki köpü azaldan 7 QİDA
22:52 7 Yanvar 2016
152 Maraqlı
Ölkə mətbuatı
A- A+

İnsanların çoxu qarnının hər zaman şiş görünüşündən şikayət edir və bundan narahat olur, özünü diskomfort hiss edir. Lakin qidalanmanızda bəzi meyvə və tərəvəzlərə yer versəniz, mədədəki köpü azalda bilərsiniz.

Milli.Az lent.az-a istinadən köpü aradan qaldıran bəzi qidalar haqqında məlumat verir.

Ananas

85 faizi su tərkibli olan ananas içərisindəki bromelain deyilən ferment vasitəsilə protein istehsal edir, həzmi asanlaşdırır və bəzi mədə narahatlıqlarına qarşı təbii dərman vasitəsi kimi təsir göstərir.

Xiyar

Qida dəyəri aşağı olsa da, xiyar təbii sidik qovucu kimi sidik səviyyəsini artırır və bədəndən toksinlərin atılmasına kömək olur. Bundan başqa, xiyar kükürd və silikon baxımından zəngindir, urik turşusunun böyrəklərdən atılmasına təsir edir. Aşağı səviyyəli natrium və kalori baxımından da pəhrizlərin ayrılmaz hissəsidir.

Cəfəri

Cəfəri qaz şikayətlərinə qarşı yaxşı tərəvəzdir. Köp yaradan qidaları bişirən zaman içərisinə cəfəri qatın.

Zəncəfil

Zəncəfil mədə bulanması və şişkinliyinə qarşı yaxşı təsirə malikdir. Qədim yunanlar həmz sisteminə kömək etdiyi üçün yeməkdən sonra zəncəfil yeyərmişlər. Tez təsir etməsini istəyirsinizsə zəncəfili təzə formada yeyə bilərsiniz.

Razyana

Razyana həzm sistemindəki əzələləri yumşaldır və qazın sıxılıb qalmasının qarşısını alır. Yemək bişirən zaman üzərinə razyana tökə və çaya əlavə edə bilərsiniz.

Bibəriyə

Bibəriyə qaz şikayətlərinə yaxşı təsir edir və həzmi asanlaşdırır. Bir stəkan isti suya limon sıxın və bibəriyə əlavə edin. Bundan başqa, kartof və ət bişirən zaman qata bilərsiniz.

Nanə

Araşdırmalar sübut edib ki, nanə bağırsaqları rahatladır. Bir fincan isti nanə çayı bağırsaqlara yaxşı təsir edir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/395997.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR