ABŞ İraqa 800 milyonluq raket satacaq

ABŞ İraqa 800 milyonluq raket satacaq
23:12 7 Yanvar 2016
28 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Dövlət Departamenti  800 mln. dollar dəyərində  "AGM-114 Hellfire"  "hava-yer" tipli raketlərin və "CATM" tipli təlim raketlərinin İraqa satışına icazə verib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ABŞ-ın Müdafiə Əməkdaşlığı  və Təhlükəsizlik Agentliyinin saytında dərc edilmiş məlumatda bildirilir.
 
Məlumata görə, bundan bir müddət əvvəl İraq 5 min raketin satışına dair ABŞ-a müraciət edib.  
 
Bu sövdələşmənin İŞİD terror qruplaşması ilə mübarizənin gücləndirilməsinə imkan verəcəyi qeyd olunur.   
 
İraq ABŞ-dan bu tip raketlər daha əvvəl əldə edib və onlardan istifadə zamanı heç bir problemlə üzləşməyəcəyi bildirilir.
 
"Raketlərin İraqa tədarükü regionda hərbi güc balansını pozmayacaq", deyə press-relizdə bildirilir.   
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/396093.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR