ABŞ İraqa 5000 raket verəcək

ABŞ İraqa 5000 raket verəcək
23:24 7 Yanvar 2016
15 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Dövlət Departamenti  800 mln. dollar dəyərində  “AGM-114 Hellfire”  “hava-yer” tipli raketlərin və “CATM” tipli təlim raketlərinin İraqa satışına icazə verib.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Müdafiə Əməkdaşlığı  və Təhlükəsizlik Agentliyinin saytında dərc edilmiş məlumatda bildirilir.

 

Məlumata görə, bundan bir müddət əvvəl İraq 5 min raketin satışına dair ABŞ-a müraciət edib.  

 

Bu sövdələşmənin İŞİD terror qruplaşması ilə mübarizənin gücləndirilməsinə imkan verəcəyi qeyd olunur.   

 

İraq ABŞ-dan bu tip raketlər daha əvvəl əldə edib və onlardan istifadə zamanı heç bir problemlə üzləşməyəcəyi bildirilir.

 

“Raketlərin İraqa tədarükü regionda hərbi güc balansını pozmayacaq”, deyə press-relizdə bildirilir.   


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227871

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR