Jurnalist xanımı pərəstişkarı döydü

Jurnalist xanımı pərəstişkarı döydü
23:37 7 Yanvar 2016
68 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın "Rossiya 1" telekanalının əməkdaşı Yuliya Bondaryeva keçmiş tanışı Denis F. tərəfindən vəhşicəsinə döyülüb.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, hadisə Yessentuki şəhərində baş verib. Məlumata görə dəfələrlə jurnalist xanıma elçi düşən 38 yaşlı Denis onun Moskvaya geri qayıtmasını eşidən zaman ona hücum edib və ağır xəsarətlər yetirib.

Xəstəxanaya yerləşdirilən Yuliya Bondaryeva üz sümüklərinin sınığı xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun plastik əməliyyatlar keçirməyə ehtiyacı olduğu bildirilir. Cinayəti törədən Denis F. artıq polis tərəfindən yaxalanıb.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR