Heydər Babayevin biznesində nə baş verir? - FOTO

Heydər Babayevin biznesində nə baş verir? - FOTO
00:05 8 Yanvar 2016
89 Digər
Ölkə mətbuatı
A- A+

Sabiq iqtisadi inkişaf naziri Heydər Babayevə məxsus olan "Çudo Peçka" MMC-nin ən böyük kafe-mağazalardan biri bağlanıb.
Milli.Az musavat.com-a istinadən bildirir ki, MMC-nin Azərbaycan prospektində yerləşən kafe-mağazası manatın devalvasiyasından sonra yaranan iqtisadi böhranın "qurbanı" olub. MMC-yə məxsus digər kafe-mağazalarda xeyli sayda ixtisarlar olub. MMC-nin kafe-mağazaları ilə yanaşı baş ofisində də ixtisarlar aparılıb.

Qeyd edək ki, bu şəbəkənin "İnşaatçılar", "İçərişəhər", "Sahil", "28 May", "Nəriman Nərimanov"da iki, "Qara Qarayev", "Əhmədli", "Elmlər Akademiyası" və "Neftçilər" metrostansiyalarının çıxışlarında da kafe-mağazaları var.

Xatırladaq ki, "Çudo Peçka" şəbəkəsi 2000-ci ilin əvvəllərində iş adamı Çingiz Cəlilov tərəfindən qurulub. İlk fəaliyyətə başladığı vaxtlarda böyük müştəri axını görən "Çudo Peçka" şəbəkəsi sonradan müştəri itirməyə başlayıb. Ç.Cəlilov şəbəkəni qurmaq üçün "Bank Standart"dan götürdüyü 2.5 milyon dollar krediti qaytara bilməyib, şəbəkəsinin məntəqələrində tez-tez yoxlamalar aparılıb, cərimələr tətbiq edilib.

Ç.Cəlilov kredit borcunu qaytara bilmədiyi üçün MMC-yə daxil olan şəbəkələr "Bank Standart"ın girovluğunda qalıb. "Bank Standart" Heydər Babayev iqtisadi inkişaf naziri olduğu zamanlarda onun biznes şəbəkəsinə daxil idi.
Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/396103.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR