Misirdə qaz borusu partladıldı

Misirdə qaz borusu partladıldı
00:44 8 Yanvar 2016
24 Dünya
Ölkə mətbuatı
A- A+

Misirdə, Sinay yarımadasının şimalından keçən qaz borusu naməlum şəxslər tərəfindən partladılıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, diversiya Əl Meydan yaşayış məntəqəsi yaxınlığında, Şimali Sinay əyalətinin paytaxtı Əl Arişa şəhərindən 20 km qərbdə törədilib.

 

Şahidlərin sözlərinə görə, güclü partlayışdan sonra hadisə yerində yanğın başlayıb. Hadisə yerinə polis və hərbçilər cəlb olunub, partlayışı törədən şəxslərin axtarışları davam etdirilir.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227875

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR