Futbolçunun həyat yoldaşı oğurlandı

Futbolçunun həyat yoldaşı oğurlandı
01:12 8 Yanvar 2016
40 İdman
Ölkə mətbuatı
A- A+

Rusiya çempionatında mübarizə aparan "Amkar" klubunun futbolçusu Feqor Oqudenin həyat yoldaşı oğurlanıb. Hadisə Nigeriyanın Varri şəhərində baş verib.


29 yaşlı yarımmüdafiəçi hadisədən kiçik qardaşı vasitəsilə xəbər tutduğunu deyib: "Evdə yox idim. Yoldaşım Maimunat uşaqlarla gəzməyə çıxırdı. Kiçik qardaşım mənə dedi ki, evin ətrafında silahlı şəxslər vardı. Onlar həyat yoldaşımı oğurlayıblar. Daha sonra avtomobil ərazidən uzaqlaşıb".

 

F.Oqude hadisə haqda xəbər tutan kimi polisə müraciət edib. Cinayətkarlar haqda məlumatsız olduğunu söyləyən futbolçu bildirib ki, yoldaşının harada olduğundan xəbərsizdi.

 

"Amkar" klubundan verilən məlumatda isə hadisə ilə bağlı araşdırmanın Nigeriya polisi tərəfindən aparıldığı və futbolçuya kömək etməyə hazır olduqları bildirilib.

 

Qeyd edək ki, Feqor Oqude 2014-cü ilin yanvarından "Amkar"da çıxış edir. O, cari mövsümdə Perm təmsilçisinin heyətində 14 oyuna çıxıb.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-futbolcunun-hyat-yolda-ourland-t46632.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR