“Kurtlar Vadisi Pusu”nun aktyoru öldü

“Kurtlar Vadisi Pusu”nun aktyoru öldü
02:01 8 Yanvar 2016
77 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur aktyoru Remzi Evren vəfat edib. ANS PRESS-in məlumatına görə, aktyor İstanbul şəhəri Üsküdar rayonundakı evində ötən gün yerli vaxtla saat 13.00-də dünyasını dəyişib. Xroniki obstruktiv ağciyər xəstəliyindən (XOAX) əziyyət çəkən aktyorun yuxuda infarkt keçirdiyi bildirilir. Ailəli olan Remzi Evrenin 2 qız övladı vardı.

Remzi Evren 1957-ci il fevralın 27-də Türkiyənin Bolu vilayətində dünyaya gəlib. “Memar Sinan” universitetinin rəssamlıq bölümündə təhsil alıb. Bir çox serialda və filmdə yadda qalan obrazlar canlandırıb.

Aktyorun çəkildiyi bəzi filmlər və seriallar belədir: "Muhteşem Yüzyıl", "Karadayı", “İstanbul Kanatlarımın Altında”, “Tatlı Kaçıklar”, “Günaydın İstanbul”, “Sıcak Saatler”, “Üvey Baba”, “Bana Şans Dile”, “Koçum Benim”, “Büyük Buluşma”, “Kalp Gözü”, “Beşinci Boyut”, “Korkusuzlar”, “Affedilmeyen”, “Kurtlar Vadisi Pusu”, “Behzat Ç. Bir Ankara Polisiyesi”, “Yer Gök aşk”, “Küçük Ağa”.


Aktyor "Kurtlar Vadisi Pusu" serialında Çağrı Toros obrazını canlandırmışdı



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=369165

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR