İranın Ankara səfiri XİN-ə çağırıldı

İranın Ankara səfiri XİN-ə çağırıldı
02:56 8 Yanvar 2016
42 Digər
Ölkə mətbuatı
A- A+

İran İslam respublikasının Türkiyədə fəaliyyət göstərən səfiri Əli Rza Bikdel Xarici İşlər Nazirliyinə dəvət olunub. ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda, Səudiyyə Ərəbistanındakı edamlara görə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı ittiham edilməsi kəskin şəkildə pislənib.

“Bu gün Nazirliyimizdə görüşülən İranın Ankaradakı səfirinə, İran hökumət rəsmilərinə bağlı fəaliyyət göstərən mətbuorqanlarda yayılan xəbərlərdə, cənab prezidentimizin Səudiyyə Ərəbistanı səfəri ilə həmin səfərdən sonra bu ölklədə həyata keçirilən edam cəzaları arasında əlaqə yaradılmasını və birbaşa prezidentimizi ittiham edən ifadələr sərf edilməsini kəskin şəklidə pislədiyimizi və qonşu İran xalqında cənab prezidentimiz əleyhində fikir formalaşdırmağı hədəfləyən bu cür xəbərlərə dərhal son verilməsini istədiyimizi bildirmişik.

Həmçinin səfirə, xarici diplomatik missiyaların toxunulmazlığının ev sahibi ölkənin məsuliyyəti və təminatı altında olduğu, bu səbəblə Tehrandakı və Məşəddəki Səudiyyə Ərəbistanı səfirliyi və baş konsulluğuna istiqamətlənmiş hücumların qəbul və izhanının heç bir şəkildə mümkün olmadığı vurğulanıb.” – deyə Türkiyə XİN-in bəyanatında bildirilir.

Bir neçə gün əvvəl şiə din xadimi Nimr Baqir ən Nimr Səudiyyə Ərəbistanı hökuməti tərəfindən edam edilib. Hadisə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanına səfərindən sonra baş vermiş və İranda nəşr olunan bəzi mətbuorqanlar edamı Ərdoğanın bu ölkəyə səfəri ilə əlaqələndirmişdi.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369167

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR