Liviyada növbəti partlayış: ölənlər var

Liviyada növbəti partlayış: ölənlər var
04:29 8 Yanvar 2016
22 Dünya
Ölkə mətbuatı
A- A+

 Liviyanın Ras Anuf neft limanında partlayış nəticəsində azı 7 nəfər ölüb, 11 nəfər yaralanıb. APA-nın  “Reuters”ə istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadze özünü nəzarət-buraxılış məntəqəsində partladıb. Ölənlər arasında mühafizəçilər və mülki şəxslər var.

 

Bundan əvvəl, Zliten polis təlim mərkəzində  törədilən terror aktı nəticəsində 70 nəfər ölüb,  200-dək insan isə yaralanıb. Partlayışa görə məsuliyyəti öz üzərinə İŞİD terror təşkilatı götürüb.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227885

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR