​Özbəkistan vətəndaşı ABŞ-da terrorizmə görə 25 il azadlıqdan məhrum edilib

​Özbəkistan vətəndaşı ABŞ-da terrorizmə görə 25 il azadlıqdan məhrum edilib
05:42 8 Yanvar 2016
24 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 8 yanvar. REPORT.AZ/ Özbəkistan vətəndaşı Fəzliddin Qurbanov ABŞ-ın Aydaho ştatında terror təşkilatına dəstək və partlayıcı maddələrin saxlanılması ittihamı üzrə 25 il müddətinə azadlıqdan məhrum edilib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Ədliyyə Nazirliyinin məlumatında bildirilir.
"Fəzliddin Qurbanov "Özbəkistan islam hərəkatı" ilə işbirliyi və ona maddə yardım göstərmək, həmçinin Amerika ərazisində terror aktlarının törədilməsi məqsədi ilə bomba yığımı üçün materialların alınmasına görə məhkum edilib", — deyə ABŞ baş prokurorunun milli təhlükəsizlik üzrə köməkçisi Djon Karlin bildirib.
33 yaşlı Qurbanov 2015-ci ilin avqustunda məhkəmə tərəfindən təqsirli bilinib. O, qoyulmuş həbs müddətindən sonra vətəninə deportasiya ediləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR