Yəmən BMT-nin rəsmi nümayəndəsini persona non-qrata elan edib

Yəmən BMT-nin rəsmi nümayəndəsini persona non-qrata elan edib
06:43 8 Yanvar 2016
22 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Yəmən hökuməti BMT İnsan Haqları üzrə Ali Komissarı İdarəsinin nümayəndəsini persona non-qrata elan edib.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu cür qərarın verilməsinə səbəb diplomatın ölkə haqqında səsləndirdiyi “ədalətsiz ifadələr” olub.

İnsan Haqları üzrə Ali Komissar Zeyd Raad əl Hüseyn dekabrın sonunda BMT Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Yəməndə yaşayış məntəqələrinə və mülki obyektlərə edilən hücumların əksəriyyətinə görə məsuliyyəti Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiya qüvvələri daşıyır.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR