Türk hərbi kontinqentinə İraqda hücum etdilər

Türk hərbi kontinqentinə İraqda hücum etdilər
07:01 8 Yanvar 2016
28 Digər
Ölkə mətbuatı
A- A+

Şimali İraqın Mosul vilayətində yerli özünümüdafə dəstələri olan pişmərgələrə hərbi təlim keçən Türkiyə Silahlı Qüvvələri (TSK) mənsubları hücuma məruz qalıb. ANS PRESS-in məlumatına görə, hadisə Başiqa bölgəsindəki türklərə aid hərbi düşərgədə baş verib. Hücumun kim tərəfindən törədildiyi, habelə hadisə zamanı ölən və ya yaralanan olub-olmaması barədə hələlik məlumat yoxdur.

Bir müddət əvvəl İŞİD terrorçuları Başiqa bölgəsindəki türkjlərə aid hərbi düşərgəni minomyotlardan atəşə tutmuş, 4 hərbçi yüngül xəsarət almışdı.



“Türkiyə Silahlı Qüvvələri”nə (TSK) bağlı desant qüvvələri 2 ildən artıq müddətdir Şimali İraq Mosul əyalətininTürkiyə sərhəddinə yaxın Başiqa bölgəsində peşmərgə və İŞİD əleyhdarı digər qruplara hərbi təlimlər keçir. Bir müddət əvvəl TSK bu düşərgədə dəyişiklik etmiş və daha əvvəl 80-90 olan bölgədəki türk əsgəri sayı 138-ə çatdırılmışdı. Bundan başqa bölgədə fəaliyyət göstərən, 25 tankdan ibarət zirehli qoşun birliyində də dəyişiklik olub. Zirehli birliyin tərkibində olan hərbçi sayı da nəzərə alındıqda, bölgədəki türk hərbçi sayının ən azı 300 olduğu qeyd edilmişdi.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369172

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR