Bakıda təhsil haqları dollarla ödənilir? - VİDEO

Bakıda təhsil haqları dollarla ödənilir? - VİDEO
08:05 8 Yanvar 2016
43 Digər
Ölkə mətbuatı
A- A+

Bir neçə gün bundan əvvəl mətbuatda və sosial şəbəkələrdə iki universitetin "Təfəkkür" və Qızlar Universitetində təhsil haqqını dollarla ödənilməsi barədə məlumatlar gündəmi zəbt etmişdi.
Milli.Az anspress-ə istinadən bildirir ki, Təhsil Nazirliyi məsələ ilə bağlı məlumat verib.

"Hər hansı bir ali və orta ixtisas təhsil müəssisəsinə qəbul olunarkən iddiaçının, yəni tələbənin həmin təhsil müəssisəsilə bağladığı müqavilədə nəzərdə tutulan məbləğ və tədavül vasitəsi var. Bu da Azərbaycan Respublikasıda dövriyədə olan mantadır. Məhz nəzərdə tutulan məbləğ də həmin qaydalara uyğun olaraq tənzimlənir. Ona qörə də hər hansı bir ölkənin tədavül vasitəsilə təhsil haqlarının qəbul olunması gündəmdə deyil. Müxtəlif agentliklərdə adı keçən "Təfəkkür" və Qızlar Universitetinin rəhbərliyi ilə də bununla bağlı müzakirələr aparılıb. Onların da qeyd etdiyi kimi rəhbərlik etdiyi universitetdə bunla bağlı heç bir fakt qeyd olunmayıb", - deyə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR