Azərbaycanda futbol klubunun ofisi yandı

Azərbaycanda futbol klubunun ofisi yandı
08:12 8 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gün axşam saatlarında İmişli rayonunda yanğın hadisəsi baş verib.
Milli.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın futbol klubuna məxsus stadionun ərazisində ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli ofis binasında qeydə alınıb.
Hadisə nəticəsində binanın 1-ci mərtəbəsində yerləşən hamam otağının taxta üzlüyü 9 kv.m sahədə yanıb.
Ofis binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR