Dağlıq Qarabağla bağlı qapalı görüş keçirilib (VİDEO)

Dağlıq Qarabağla bağlı qapalı görüş keçirilib (VİDEO)
08:16 8 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+

Dağlıq Qarabağ münaqişəsi Amerika Birləşmiş Ştatları Konqresində müzakirə olunub.

ANS TV-nin məlumatına görə, görüşün detallarını ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik açıqlayıb.

Amerika Birləşmiş Ştatlar Konqresinin Xarici Əlaqələr Komitəsi isə Dağlıq Qarabağla bağlı qapalı görüş kecirib.

Görüşün detalları açıqlanmasa da, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu barədə kiçik detallar açıqlayıb.

Məlumata görə, Xarici Əlaqələr Komitəsinin sədri Ed Roysla birlikdə Dağlıq Qarabağ münaqişənin detallarını müzakirə ediblər. Komitə sədri həmsədrə növbəti ildə də tərəflərə dəstəyini əsirgəməməyi tövsiyə edib.

Əlavə edim ki, Amerika Birləşmiş Ştatları Konqresinin Helsinki komissiyasının həmsədri Kristofer Smitin hazırladığı “Azərbaycan demokratiya aktı – 2015” adlı qanun layihəsi əvvəlcə Ed Roysun rəhbərlik etdiyi Xarici Əlaqələr Komitəsində müzakirəyə çıxarılacaq.

Ehtimal olunur ki, komitə sədri sənədi müzakirəyə caxarmazdan əvvəl Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan işlərlə bağlı məlumat toplayır.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=369160

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR