Neapol, Roma və Madriddə terror hədəsi

Neapol, Roma və Madriddə terror hədəsi
08:27 8 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+

"İslam Məğribində Əl Qaidə" terror təşkilatı Neapol, Roma və Madriddə terror aktları törətməklə hədələyib.
Milli.Az APA-ya istinadən bildirir ki, terrorçuların yaydıqları videoçarxda terror aktlarından səhnələr və İspaniya vətəndaşı olan Əbu əl Nur əl Əndalusi adlı terrorçu daxil olmaqla təşkilatın Malidəki qruplaşmasının üzvləri əks olunub.    
 
İspaniya təhlükəsizlik qüvvələri hazırda videonu araşdırırlar.
 
Məlumata görə, 2015-ci ildə terrorçularla əlaqədə olmaqda şübhəli bilinən 100-dən çox, son 4 ildə isə 175 şəxs saxlanılıb.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/396115.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR