Rusiya: "Əsədin gediş tarixi bilinmir"

Rusiya: "Əsədin gediş tarixi bilinmir"
08:37 8 Yanvar 2016
28 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya XİN rəhbərinin müavini Mixail Boqdanov Bəşər Əsədin Suriya prezidenti postundan 2017-ci ilin martında getməsi ilə bağlı məsələ Vyanada Suriyaya dair keçirilən danışıqlar çərçivəsində razılaşdırılmayıb.
 
"Bəlkə də ABŞ-ın bununla bağlı hansısa planları olub, lakin Vyanada bu məsələ razılaşdırılmayıb və razılaşdırıla bilməzdi", deyə Boqdanov bildirib.     
Milli.Az APA-ya istinadən bildirir ki, onun sözlərinə görə, Moskvanın prinsipial mövqeyi ondan ibarətdir ki, Suriyanın və ölkə rəhbərliyinin gələcəyini yalnız Suriya xalqı müəyyən edə bilər.   
 
Qeyd edək ki, bundan əvvəl ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi Bəşər Əsədin 2017-ci ildə istefasını nəzərdə tutan Suriya böhranının nizamlanmasına dair işçi sənədin əldə olunduğunu bildirib.   
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/396113.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR