Azərbaycanlı teleaparıcı CBC-yə keçdi

Azərbaycanlı teleaparıcı CBC-yə keçdi
09:37 8 Yanvar 2016
80 Digər
Ölkə mətbuatı
A- A+

Teleaparıcı Günay Yelmarqızı CBC telekanalında fəaliyyətə başlayıb. 

Axşam.az-a açıqlama verən aparıcı təklifin ona kanal rəhbərliyi tərəfindən edildiyini bildirib: 

"CBC rus, ingilis, fars və erməni dillərində beynəlxalq yayım həyata keçirən kanaldır. Dekabrda Azərbaycan redaksiyası fəaliyyətə başladı. Məni də dəvət etdilər və məmnuniyyətlə təklifi qəbul etdim. Azərbaycan xəbərləri xidmətində redaktor-aparıcı vəzifəsində çalışıram. Hər gün saat 17:00-da Azərbaycan dilində xəbərlər proqramı efirə çıxır".
 
G.Yelmarqızı Tovuzda fəaliyyət göstərən və sentyabrdan çalışdığı TTV-dən (Türkel TV) ayrılmasına belə aydınlıq gətirib:
 
"TTV Tovuzda fəaliyyət göstərir. Şəxsi həyatımla bağlı orada uzun müddət qala bilmədim. Çalışdım ki, bu müddət ərzində təcrübəmi bölüşüm, kanala öz töhfəmi verim. Mənə göstərdikləri etimada görə TTV rəhbərliyinə təşəkkürümü bildirirəm. Dostcasına ayrıldıq. Orada mənim çox dəyərli dostlarım çalışırlar. Hamısına minnətdaram". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/396147.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR