Səudiyyə Ərəbistanı bombalama xəbərini yalanladı

Səudiyyə Ərəbistanı bombalama xəbərini yalanladı
09:42 8 Yanvar 2016
31 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az Lent.az-a istinadən bildirir ki,Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası İranın Yəməndəki səfirliyinə hücum olunduğu barədə ittihamları təkzib edib.   
 
"Aparılmış araşdırma bu məlumatların yalan olduğunu və səfirliyin yerləşdiyi rayonda hər hansı əməliyyatın keçirilmədiyini müəyyən edib", - koalisiyanın məlumatında bildirilir.   
 
Qeyd edək ki, ötən gün İran hökuməti Səudiyyə Ərəbistanını Yəmənin paytaxtı Səna şəhərindəki İran səfirliyinin binasını bombalamaqda ittiham edib.
 
İRİB-in məlumatına görə, Səudiyyə aviasiyasının zərbələri nəticəsində İran səfirliyinin mühafizə xidmətinin bir neçə əməkdaşı yaralanıb. "Səudiyyə Ərəbistanı səfirlik binasına vurulan zərərə və bir neçə əməkdaşın xəsarət almasına görə məsuliyyət daşıyır", - deyə İran XİN-in rəsmi nümayəndəsi Hüseyn Baber Ənsari bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/396132.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR