Neft fondu Milanda 97 milyon avroya əmlak aldı - Fotolar

Neft fondu Milanda 97 milyon avroya əmlak aldı - Fotolar
10:42 8 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) İtaliyanın Milan şəhərinin tarixi biznes mərkəzində yerləşən və dəyəri 97 mln. avro təşkil edən "Palazzo Turati" ofis binasının satın alınmasına dair razılıq əldə edib.

ARDNF-dən "APA-Economics"ə verilən məlumata görə, "Palazzo Turati" ofis binası fondun İtaliyada həyata keçirdiyi ilk daşınmaz əmlak investisiyasıdır

"Bu investisiya fondun daşınmaz əmlak portfelinin diversifikasiyası üçün investisiya strategiyasına uyğun olaraq həyata keçirilmişdir", - deyə  məlumatda qeyd edilib.

"Palazzo Turati" Milanın tarixi mərkəzində yerləşən Piazza Cordusio və Piazza Affarinin tam yaxınlığında və Duomo kilsəsindən 500 m məsafədə Via Meragvili 7 ünvanında yerləşir. Binanın birinci mərtəbəsində sərgi salonu və digər 6 mərtəbəsində ofislər yerləşir və ümumi sahəsi 10 360 kvadrat metr təşkil edir. 1880-ci ildə tikilmiş və Milan tarixi irsinin bir parçası sayılan Palazzo Turati yenicə əsaslı təmir olunub. "Palazzo Turati" ofis binası 2021-ci ilədək dövlət qurumu olan Milan Ticarət Palatası tərəfindən icarəyə götürülüb. Binanın satıcısı qismində "Texnoholdinq S.P.A." çıxış edir.



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227899

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR