ABŞ prezidentinin Putin haqda gizli fikirləri üzə çıxıb

ABŞ prezidentinin Putin haqda gizli fikirləri üzə çıxıb
10:55 8 Yanvar 2016
95 Dünya
Ölkə mətbuatı
A- A+

Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 1997-ci il mayın 1-dən 2000-ci il dekbarın 13-dək olan dövrü əhatə edən stenoqramlar Bill Klintonun Böyük Britaniya baş naziri Toni Blerlə telefon danışıqlarından tərtib olunub.

Stenoqramlar iki lider arasında dost münasibətlərin yarandığını, onların ev işlərini, övladlarını və dünya siyasətini tez-tez müzakirə etdiyini ortaya qoyur.

Telefon danışıqlarının birində Bill Klinton Rusiyada yenicə hakimiyyətə gəlmiş Putin haqda düşüncələrini bölüşür.

"Məncə, Putinin böyük potensialı var. O, çox ağıllı və düşüncəli adamdır. Onunla birgə çoxlu yaxşı işlər görə bilərik".

Bill Klintonun Putin haqda səsləndirdiyi fikirlər onun həyat yoldaşı Hillari Klintonun prezidentlik yarışındakı mövqelərini zəiflədə bilər. Belə ki, Hillari Klinton ərindən fərqli olaraq Vladimir Putin haqda sərt fikirlər səsləndirmiş və seçicilərlə görüşlərin birində onu "çətin adam" adlandırmışdı.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/396165.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR