"Azərbaycan qutabını çox sevdim" - "Kiralık aşk"ın qəhrəmanı

"Azərbaycan qutabını çox sevdim" -  "Kiralık aşk"ın qəhrəmanı
11:02 8 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

“Delibal”da Füsun, “Kiralık aşk”da İz obrazlarını canlandıran aktrisa Leyla Lidia Tuğutlu Bakının qonağı olub.

Axşam.az-ın məlumatına görə, “Delibal” filminin Nizami Kino Mərkəzində baş tutan qala gecəsinə qatılan Leyla media nümayəndələrinin suallarını cavablandırıb. Şəhər gəzintisinə çıxan aktrisa Bakını çox bəyəndiyini bildirib:

“Delibal”ın çəkilişlərindən zövq aldım. Bircə film avqustda lentə alındığı üçün istidən əziyyət çəkdik. Filmdəki Füsun obrazı ilə oxşar yanlarımız var. Mənim də tələbəliyim ordakı kimi keçib. Amma Füsun kimi bir eşq yaşamamışam. Mən eşqdə bəzən daha düşüncəli oluram. Bəzən də həmin ankı hisslərimə görə davranıram. Şəhərinizi çox bəyəndim. Mən yeməkləri çox sevirəm. Düzdür, bədən ölçülərim bunu göstərmir (gülür). Sizin mətbəxin yeməklərini də daddım. Qutabı çox sevdim. Azərbaycandan film təklifi gələrsə, qəbul edərəm”.

Foto: Pəri ARİFQIZI






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR