17 yaşlı şagirdi bıçaqladılar

17 yaşlı şagirdi bıçaqladılar
11:42 8 Yanvar 2016
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə şəhərində bıçaqlanma hadisəsi olub. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından Ans Press-ə verilən məlumata görə, şəhərin Mahrasa Bağı yaşayış massivində yaşayan 1999-cu il təvəllüdlü Cavid Ramil oğlu Kazımov döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya çatdırılıb. Üzərində dərhal cərrahiyyə əməliyyatı aparılan yaralının vəziyyəti orta-ağır olaraq qalır.

Bıçaqlanan 17 yaşlı gəncə çayxanada olarkən naməlum şəxslər tərəfindən xəsarət yetirilib. Cavid Kazımov Gəncə şəhərində yerləşən 22 saylı orta məktəbin 11-ci sinif şagirdidir.

Hələlik hadisənin kim tərəfindən törədildiyi məlum deyil. Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Ötən ilin son günlərində də Gəncədə bıçaqlanma hadisəsi baş verib. Hadisə Gəncə Dram Teatrının yaxınlığında qeydə alınıb. Samux rayonunun Kolayır kənd sakini Muradil Əşrəf oğlu Misirov naməlum şəxs və ya şəxslər tərəfindən aldığı bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. Həkimlərin səyi nəticəsində onun həyatı xilas edilib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369176

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR