Bolqarıstan klubları Aleksandrovu Azərbaycana buraxmır

Bolqarıstan klubları Aleksandrovu Azərbaycana buraxmır
11:27 8 Yanvar 2016
23 İdman
Ölkə mətbuatı
A- A+

"Kəpəz"in maraq dairəsində olan bolqarıstanlı futbolçu Aleksandr Aleksandrovun Azərbaycana gəlişi baş tutmaya bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçinin Bolqarıstanda qalmaq ehtimalı daha yüksəkdir.

Belə ki, "Ludoqorets"dən ayrıldıqdan sonra azad agent statusu daşıyan Aleksandrovla ilk növbədə elə Razqrad təmsilçisi danışıq aparır. "Ludoqorets" rəhbərliyi təcrübəli futbolçunu yeni müqavilə imzalamağa razı salmaq niyyətindədir. Aleksandrov hələ ki, qarşı tərəfə cavab verməyib.
 
"Kəpəz"lə yanaşı, Türkiyənin "Mersin İdmanyurdu" klubundan da təklif alan müdafiəçinin daha bir variantı var. Bolqarıstan çempionatında "Ludoqorets"in əsas rəqiblərindən olan "Levski" də onun xidmətində maraqlıdır.
 
Qeyd edək ki, Aleksandrov 2014-2015 mövsümündə "Ludoqorets"in heyətində 24 oyunda meydana çıxıb.  

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR