Nazirin qohumunu işdən çıxardılar

Nazirin qohumunu işdən çıxardılar
11:27 8 Yanvar 2016
105 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Milli.az report.az-a istinadən bildirir ki, Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) rəisi, polis polkovnik-leytenantı Natiq Camalov işdən çıxarılaraq sərəncama götürülüb. Onun yerinə hələ təyinat olmayıb.

9-cu Polis Bölməsinin rəisi vəzifəsi müvəqqəti olaraq rəis müavini, polis mayoru Amil Qurbanova tapşırılıb.

Qeyd edək ki, Natiq Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR