Azərbaycanda mina partlayışı zamanı 3 nəfər ölüb, 11 nəfər yaralanıb

Azərbaycanda mina partlayışı zamanı 3 nəfər ölüb, 11 nəfər yaralanıb
11:32 8 Yanvar 2016
17 Digər
Ölkə mətbuatı
A- A+

2015-ci ilin dekabr ayı ərzində 275,278 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 43 ədəd PHS aşkar edilərək zərərsizləşdirilib.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Mətbuat xidmətindən verilən məlumatda deyilir.

2015-ci il ərzində 36,335,048 kvadratmetr ərazi yoxlanılmış, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib və 24,497 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 507 nəfər minaaxtaran mütəxəssis və 123 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

İndiyədək cəmi 314,730,926 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 713,938-dir.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağcabədi, Ağdam, Füzuli və Tərtər rayonlarında davam etdirilir.

2015-ci ilin dekabr ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.

Ümumilikdə, 2015-ci il ərzində 9 mina/PHS hadisəsi qeydə alınıb, 11 nəfər zərər çəkib, 3 nəfər həlak olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/396197.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR