Dollar rekord vurdu

Dollar rekord vurdu
11:59 8 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Qazaxıstanda ABŞ dollarının milli valyuta - tengeyə qarşı məzənnəsi bu gün 351,8 KZT/USD-yə yüksələrək tarixi maksimal həddə çatıb. Yəni, dollar Qazaxıstanda rekord vurub.

Metbuat.az report.az-a istinadən bildirir ki, bununla da Qazaxıstan Fond Birjasında (KASE) məzənnə psixoloji hədd sayılan 350 tengeni keçib.

Tengenin bundan əvvəlki tarixi minimal səviyyəsi 2015-ci ilin dekabrın 21-də qeydə alınıb və 349,1 KZT/USD təşkil edib. Qeyd edək ki, Qazaxıstan 2015-ci il avqustun 20-də "üzən məzənnə" rejiminə keçib və elə həmin gün rəsmi məzənnə 35% yüksələrək 188 KZT/USD-dən 255 KZT/USD-yə çatıb. Qazaxıstan prezidenti Nursultan Nazarbayev noyabrın əvvəlində Qazaxıstan Mərkəzi Bankının sədrini tengeyə inamın itməsi səbəbi ilə istefaya göndərib, bundan bir neçə gün sonra tenge bir qədər də devalvasiya olaraq 300 KZT/USD həddini aşıb. 

Qazaxıstan Mərkəzi Bankı yanvarın 5-dən yeni texniki normativlər tətbiq etməyə başlayıb. Bu normativlərə əsasən, gün ərzində Almatı saatı ilə 15:30-a formalaşan orta məzənnə sabahkı günün rəsmi məzənnəsi kimi qəbul edilir. Ekspertlər məzənnənin artıq mart ayına qədər 400 KZT/USD həddinə çatacağını düşünürlər.

Qeyd edək ki, Azərbaycanda da hazırda bənzər sistemlə sabahkı günün AZN/USD məzənnəsi formalaşır. AMB-nin keçirdiyi hərraclarda "ən yaxşı qiymət"ə satılan valyutanın satış məzənnəsi sabahkı günün rəsmi məzənnəsi kimi açıqlanır.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/396203.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR