"Azərbaycan Beynəlxalq Bankı" kart sahiblərinin itkilərini aradan qaldırıb

"Azərbaycan Beynəlxalq Bankı" kart sahiblərinin itkilərini aradan qaldırıb
11:58 8 Yanvar 2016
54 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 yanvar, AZƏRTAC
"Azərbaycan Beynəlxalq Bankı" ASC müştərilərin maraqlarını əsas tutaraq, manat ödəniş kartları ilə xarici valyutada apardıqları ödənişlərdə üzən məzənnəyə keçiddən sonra əlavə vəsait itkisinə məruz qalmış kart sahiblərinə güzəşt edib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, ötən il dekabrın 21-dək "Azərbaycan Beynəlxalq Bankı"nın ödəniş kartları ilə və banka məxsus terminallar vasitəsilə aparılmış bütün mədaxil (cash in), məxaric (cash out), köçürmə (transfer) və kart köçürmələri (card transfer) əməliyyatları zamanı icra olunmuş mübadilə məbləğləri əməliyyat gününün məzənnəsi ilə yenidən hesablanıb. Valyuta məzənnəsinin dəyişməsi nəticəsində kart hesablarından əlavə tutulmuş vəsait müştərilərə geri ödənib.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, filial və şöbələrdən, yaxud (012) 937 və ya *2265 nömrəli məlumat mərkəzindən əldə etmək mümkündür.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotAzerbaycan_Beynelxalq_Banki_quot_kart_sahiblerinin_itkilerini_aradan_qaldirib-916855

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR