"Suriya erməniləri Ermənistanı kütləvi şəkildə tərk edirlər"

"Suriya erməniləri Ermənistanı kütləvi şəkildə tərk edirlər"
12:05 8 Yanvar 2016
41 Digər
Ölkə mətbuatı
A- A+

"Suriya erməniləri daha yaxşı həyat yaşaya bilmək üçün Ermənistandan gedirlər".

APA-nın "news.am"a istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistanın diaspor naziri Qranuş Akopyan deyib.
 
Nazir bildirib ki, Ermənistana 17 min Suriya ermənisi gəlib: "5 il əvvəldən Suriyadan erməni qaçqınlar Ermənistana gəlməyə başlayıblar. Lakin indi çoxu ticarətlə məşğul olmaq üçün Livana gedir. Ermənistanda yoxsulluq və işsizliyin olduğu həqiqətdir. Ermənilər öz Suriyalarında çox yaxşı şərtlərlə yaşayırdılar, varlı idilər. Bura gələndən sonra isə bir müddət turist kimi gəzdilər, düşündülər ki, bir-iki aya geri qayıdacaqlar, olmadı. Bu müddətdə isə İsveç və Kanada kimi ölkələr aktiv tərpəndi. Çünki onlarda ucuz işçi qüvvəsinə ehtiyac vardı. Yerlərdə olan erməni diasporu da onlar üçün çıxış yolları tapır. Ona görə də suriyalı erməni qaçqınların bir hissəsi Ermənistandan getmək qərarına gəldi. Təxminən 3 min nəfər artıq Ermənistanı tərk edib".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/396199.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR