Cənubi Koreyadan Yaponiyaya üzən bərə balina ilə toqquşub

Cənubi Koreyadan Yaponiyaya üzən bərə balina ilə toqquşub
12:08 8 Yanvar 2016
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 yanvar, AZƏRTAC
Yanvarın 8-də səhər saatlarında Cənubi Koreyanın Pusan limanından Yaponiyanın Fukuoku limanına üzən sürətli bərə balina ilə toqquşub.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, gəminin məxsus olduğu “JR Kushu” şirkəti hadisə nəticəsində azı 9 nəfərin xəsarət aldığını bildirib.
İnsidentdən sonra bərə yenidən Pusan limanına qayıtmağa məcbur olub. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
Qəza zamanı bərənin göyərtəsində ümumilikdə 180 nəfərin olduğu bildirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR