"Barselona"nın ulduzu məhkəmə qarşısına çıxa bilər

"Barselona"nın ulduzu məhkəmə qarşısına çıxa bilər
13:07 8 Yanvar 2016
55 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya prokurorluğu "Barselona"nın hücumçusu Neymarı məhkəmədə dindirmək istəyir.

Metbuat.az goal.az-a istinadən xəbər verir ki, "Barselona"nın hücumçusu dələduzluq və korrupsiyada ittiham edilir. Eyni ittihamlar futbolçunun atası, həmçinin "Barsa"nın eks və hazırki prezidenti Sandro RosellXosep Bartomeuya qarşı da irəli sürülür.

"Santos"un eks-prezidentləri Luis Alvaro de Oliveyra və Odilio Rodriqez də bu siyahıya daxildirlər. Vergi orqanları iddia edir ki, Neymarın 2013-cü ildə "Barselona"ya transferi zamanı "Santos"a ödənilən pulun 40%-ni almalı idi. Ehtimal olunur ki, katalon klubu transferə görə 83.3 milyon avro ödədiyi halda, bunun yalnız 17.1 milyonu vergi fondunun hesabına köçürülüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR