İŞİD-dən Türkiyə Ordusunun bazasına hücum: 17 terrorçu məhv edildi

İŞİD-dən Türkiyə Ordusunun bazasına hücum: 17 terrorçu məhv edildi
12:59 8 Yanvar 2016
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyəli hərbçilərdən ölən və ya yaralanan olmayıb

 

 

İŞİD terrorçuları İraqda türkiyəli hərbçilərin bazasına hücum ediblər.

 

APA-nın NTV-yə istinadən xəbərinə görə, İraqın Mosul vilayətinin yaxınlığında yerləşən Başika hərbi bazasına hücum edən terrorçular xeyli itki verərək, geri çəkiliblər. Türk hərbçilərinin bazaya hücum edən 17 terrorçunu öldürdüyü bildirilir. Hadisə zamanı türkiyəli hərbçilərdən ölən və ya yaralanan olmayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR