Türkiyə ordusu PKK-ya "ölümcül zərbə" endirməyə hazırlaşır

Türkiyə ordusu PKK-ya "ölümcül zərbə" endirməyə hazırlaşır
13:05 8 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin baş naziri Əhməd Davudoğlunun başçılığı ilə keçirilən Ədalət və İnkişaf Partiyası (AKP) Mərkəzi İdarə Heyətinin (MYK) toplantısının detalları məlum olub.

Publika.az Türkiyə mediasına istinadən verdiyi məlumata görə, toplantıda ölkənin cənub-şərqində terrorçulara qarşı həyata keçirilən əməliyyatlar müzakirə olunub.

Silopi və Sur mahalları istisna olmaqla digər mahalların təmizləndiyi bildirilir. Sözügedən mahallarda terrorçulara 3 həftə ərzində ölümcül zərbə endiriləcək. Əməliyyatların 3 həftə ərzində başa çatdırılması planlaşdırılır.
 
Sur mahalında böyük hissəsi Leninçi Kommunist Partiyası (MLKP) üzvləri olan terrorçular küncə sıxışdırılıblar. Cizrə mahalının 3 məhəlləsi son əməliyyatlarda təmizlənib. Buradakı terrorçuların bəzilərinin xaricə qaçdıqları müəyyənləşdirilib.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR