Yüksək sürət 27 yaşlı gəncin həyatına son qoydu

Yüksək sürət 27 yaşlı gəncin həyatına son qoydu
13:06 8 Yanvar 2016
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağstafada ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Ağstafa Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Bakı- Qazax magistral yolunun 467-ci kilometrliyində, Ağstafa şəhərinin ərazisində qeydə alınıb. Rayon sakini, 1989-cu il təvəllüdlü Oruc Telman oğlu Əliyev idarə etdiyi 90- BF- 562 dövlət nömrə nişanlı “NAZ Lifan” markalı avtomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirib və yolun kənarındakı bardürə çırpılıb.

Qəza o qədər şiddətli olub ki, avtomobil daha sonra yolun kənarında dayanan 60- BG- 740 dövlət nömrə nişanlı "VAZ 21 06" markalı maşına dəyib.

Hadisə vaxtı avtobildə tək olan sürücü aldığı xəsarətlədən hadisə yerindəcə dünyasını dəyişib. Qəzaya ilkin ehtimal Oruc Əliyevin maşını yüksək sürətlə idarə etməsi göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369180

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR