Səudiyyə daha bir məsələdə İrandan imtina etdi

Səudiyyə daha bir məsələdə İrandan imtina etdi
13:12 8 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı İrana daha bir veto qoydu.

AzNews.az xairci mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Futbol Federasiyası bundan sonra milli və klub komandalarının İranda futbol oynamayacağını açıqlayıb. Səudiyyə Ərəbistanı Futbol Federasiyasının İdarə Məclisi Asiya Futbol Konfederasiyası (AFC) Çempionlar Liqasında İranda oynanılacaq bütün futbol qarşılaşmalarından imtina edib. 

Federasiyanın rəsmi internet saytında qeyd olunub ki, Səudiyyə Ərəbistanı Futbol Federasiyası Asiya Futbol Konfederasiyasından (AFC) milli və klub komandalarının oyunlarının tərəfsiz ştatlarda keçirilməsi qərarını gözləyir. AFC Çempionlar Liqasında Səudiyyə Ərəbistanının Əl-Nassr komandası, İranın Sepahan və Özbəkistanın Lokomotiv Daşkənd klubları A qrupunda mübarizə aparacaq. C qrupunda isə El-Hilal komandası, İranın Tractor Sazi və Özbəkistanın Pakhtakor klubları qarşı-qarşıya gələcəklər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR