Cüdoçularımız Afrika kuboku yarışları ilə mövsümə start verəcəklər

Cüdoçularımız Afrika kuboku yarışları ilə mövsümə start verəcəklər
13:18 8 Yanvar 2016
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 8 yanvar, AZƏRTAC
Cüdo üzrə Azərbaycan milli komandası beynəlxalq mövsümə yanvarın 16-da Tunisdə keçiriləcək Afrika kuboku yarışlarında iştirak etməklə start verəcək.
AZƏRTAC Azərbaycan Cüdo Federasiyasına istinadla xəbər verir ki, turnirə yollanacaq heyətdə Vüqar Şirinli, Davud Məmmədov (hər ikisi 60 kq), Telman Vəliyev, İlkin Babazadə (hər ikisi 66 kq), Fəqan Quluzadə, Vüqar Bayramov (hər ikisi 73 kq), Ziya Namazov (81 kq), Tural Safquliyev (90 kq), Cəlil Şükürov və Firudin Dadaşev (hər ikisi 100 kq) yer alıblar.
Qadınlardan ibarət komandada isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Səkinə Zairova (52 kq) və Xanım Hüseynova (63 kq) birincilik uğrunda mübarizə aparacaq.
Reytinq xarakterli yarışa 53 ölkədən 343 cüdoçu qatılacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cudochularimiz_Afrika_kuboku_yarislari_ile_movsume_start_verecekler-916894

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR