Azərbaycanda ailə faciəsi - ər arvadını yatdığı yerdə öldürdü (FOTO)

Azərbaycanda ailə faciəsi - ər arvadını yatdığı yerdə öldürdü (FOTO)
13:21 8 Yanvar 2016
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdədə ər arvadını öldürüb. ANS PRESS-in məlumatına görə hadisə rayonun Tumaslı kəndində qeydə alınıb. Kənd sakini Zülfüqar Rəhimov saat təqribən 06:00 radələrində həyat yoldaşı Gülnaz Rəhimovanı yatdığı çarpayıdaca bıçaqlayıb.

Kənd sakinlərinin ANS PRESS-ə verdiyi məlumata görə, bıçaq zərbələrindən biri Gülnaz Rəhimovanın boynunun sağ hissəsinə, digər isə döş qəfəsinin sağ hissəsinə dəyib.

Səsə oyanan Zülfüqar Rəhimovun valideynləri kənd sakinlərinin köməyi ilə yaralını xəstəxanaya çatdırıb. Buna baxmayaraq çoxlu qan itirən yaralının həyatını xilas etmək mümkün olmayıb.

Zülfüqar Rəhimov hadisəni törətdikdən sonra qaçsa da valideynləri onu taparaq polisə təhvil verib. Yaxınlarının sözlərinə görə, 35 yaşlı Zülfüqar Rəhimovun əsəb xəstəsidir.

Müalicə həkimi İlham Süleymanovun da ANS PRESS-ə verdiyi məlumata görə Zülfüqar Rəhimovun kifayət qədər ciddi psixoloji problemləri olub. Gülnaz və Zülfüqar Rəhimovların 3 azyaşlı övladı var.


Hadisə yerində prokurorluq və polis əməkdaşları araşdırma aparır

Qətlin törədildiyi yerə Bərdə rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları gəlib. Hadisə yerində müayinə aparılıb. Hazırda baş vermiş faktla bağlı Bərdə rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma davam edir

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=369200

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR