Nazir müavininin məhkəməsi təxirə salındı

Nazir müavininin məhkəməsi təxirə salındı
13:22 8 Yanvar 2016
11 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilən Azərbaycan müdafiə nazirinin keçmiş müavini polkovnik Mehman Səlimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi təxirə salınıb.

Milli.Az Report-a istinadən bildirir ki, məhkəmənin növbəti prosesi yanvarın 15-də olacaq.

Qeyd edək ki, M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR