Azərbaycan Premyer Liqası klubları arasında "CBC Cup" turniri təşkil olunacaq

Azərbaycan Premyer Liqası klubları arasında "CBC Cup" turniri təşkil olunacaq
13:27 8 Yanvar 2016
39 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 8 yanvar. REPORT.AZ/ Qış toplanışını ölkə daxilində keçirəcək Azərbaycan Premyer Liqasının 5 klubu Bakıda "CBC Cup" turnirində qüvvəsini sınayacaq. Bu barədə "Report"a AFFA Klublar Komitəsinin sədri Fikrət Hüseynov məlumat verib.
Onun sözlərinə görə, turnir 6 komandanın iştirakı ilə keçiriləcək. "CBC Cup"da "Neftçi", AZAL, "Xəzər Lənkəran", "Kəpəz" və "Rəvan" klubları çıxış edəcək. 6-cı komandanın kimliyinə isə tezliklə aydınlıq gələcək. Qrup oyunları "AZAL Arena" və "Bayıl Arena"da olacaq. Turnirin final görüşü isə Bakı Olimpiya Stadionunda baş tutacaq. Qalib komandaya kubok təqdim ediləcək.
F.Hüseynov bildirib ki, yanvarın 12-də və ya 13-də start götürəcək turnir yanvarın 24-də yekunlaşacaq. Bütün oyunlar "CBC Sport" vasitəsilə canlı yayımlanacaq. Hakimləri AFFA təyin edəcək. Turnirin dəqiq reqlamenti və başlama vaxtı tezliklə bilinəcək.
Qeyd edək ki, "CBC Cup" turniri AFFA, Peşəkar Futbol Liqası, AZAL klubu və "CBC Sport" telekanalının birgə təşəbbüs və təşkilatçılığı ilə həyata keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/premyer-liqa-klublari-cbc-cup-turnirinde-istirak-edecekler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR