Politoloq: ABŞ-RF qarşıdurmasının indiki mərhələsi Ribbentrop-Molotov paktı ilə müqayisə oluna bilər

Politoloq: ABŞ-RF qarşıdurmasının indiki mərhələsi Ribbentrop-Molotov paktı ilə müqayisə oluna bilər
13:33 8 Yanvar 2016
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

ABŞ-RF qarşıdurmasının indiki mərhələsi Ribbentrop-Molotov paktı ilə müqayisə oluna bilər. ABŞ-ın Rusiyaya yaxınlaşması geosiyasi mübarizənin yeni mərhələsidir. Bu mərhələni ikinci Dünya müharibəsi ərəfəsində imzalanmış Ribbentrop-Molotov paktı ilə müqayisə etmək olar. Obrazlı adı isə “mehriban düşmənçilikdir”.

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloq bildirib ki, ABŞ Dövlət Katibinin təşəbbüs göstərərək Rusiyaya səfər etməsi, Rusiyanın ünvanına səsləndirdiyi xoş fikirlər bu yaxınlaşmanın müəllifinin ABŞ olduğunu göstərir: "RF tərəfi hətta V.Putinin C.Kerrini qəbul edə bilməyəcəyi mövzusunu aktuallaşdırdı. Son bir ildə hətta ABŞ-la Rusiya arasında yüksək səviyyəli görüşlərin təşkilini texniki və təşkilatı parametrləri də siyasiləşdirilib. ABŞ Rusiyanı bu vaxta qədər istifadə etdiyi variantla çökdürə bilmədi. İndi yeni variant axtarışındadır. Türkiyənin Suriyada Rusiya qırıcısını vurmasına RF-in verdiyi reaksiya ABŞ-ı şoka saldı və məhz bu hadisə ABŞ-ın Rusiyaya qarşı taktikasını dəyişdirməsinin əsas səbəbidir. Su-24 təyyarəsi vurulduqdan sonrakı iki gün ərzində Rusiya həmin əraziyə S-400 zenit raket komplekslərini yerləşdirdi, “Moskva” atom kreyserini Aralıq dənizinin Suriya akvatoriyasına göndərdi, Suriyadakı hərbi-kosmik qüvvələrini yeni qırıcılarla daha da gücləndirdi. ABŞ Rusiyanın belə operativliyini gözləmirdi".

M.Əhmədoğlu qeyd edib ki, Rusiyanın daxili inamına görə, qırıcı təyyarəni Türkiyə vursa da əslində bu işin təşəbbüskarı ABŞ-dır: "ABŞ soyuq müharibəyə hərbi elementlər daxil etməklə Rusiyanı çökdürmək kursunu seçib. Su-24 qırıcı təyyarəsinin vurulması Rusiyanın Suriya hərbi kampaniyasındakı xərclərini artırdı. Çünki bütün bomba daşıyan təyyarələr indi həm də qırıcı təyyarələrlə müşayiət olunur. V.Putin Rusiya təyyarələrini hədəfə alan bütün yerüstü və hava hədəflərini məhv etmək əmri verdi. Bunlar Rusiyadan əlavə xərc tələb edir. V.Putin Rusiyanın Suriya kampaniyasına xərclədiyi vəsaitin RF əhalisində gərginlik yaradacağından ehtiyatlanır".

M.Əhmədoğlu deyib ki, ənənəvi illik mətbuat konfransında V.Putin əvvəlki illərdən fərqli olaraq kəskin bəyanatlar vermədi, eləcə də Suriyada aparılan hərbi əməliyyatların dövlət büdcəsinə əlavə yük yaratmadığını bildirdi: "V.Putin RF hərbçilərinin Suriyadakı xərcləri müdafiə nazirliyinin hərbi təlimlər üçün nəzərdə tutulmuş büdcəsindən ödəndiyini bildirdi. Bu V.Putinin Rusiya ictimaiyyətinə yönəlmiş manevri idi. Çünki son bir il ərzində Rusiya iqtisadiyyatında ancaq neqativ hadisələr baş verir, inkişaf perspektivləri də dumanlıdır. Su-24 qırıcısının vurulmasında ABŞ-ın digər dividenti də var. Qırıcı təyyarələrin bombardmançı təyyarələri müşayiət etməsi təkcə maliyyə xərclərini artırmır, həm də əməliyyatların tempini zəiflədir. Bu isə Suriya kampaniyasında ABŞ-a əlavə vaxt udmağa imkan yaradır".

Mərkəz rəhbəri bildirib ki, ABŞ Dövlət Katibi C.Kerrinin Moskvadakı görüşlərində Suriya və Ukrayna məsələləri paralel müzakirə edildi: "Ukraynaya Minsk-2 prosesi çərçivəsində təzyiqləri ABŞ bu vaxta qədər yaxına buraxmırdı. Kerri Moskvada olarkən Minsk -2 prosesinin yubanmasına görə, hamının yəni həm də Ukraynanın məsuliyyət daşıdığını bildirdi. O, Minsk-2 prosesini yubatmamaq üçün Ukraynaya təzyiq ediləcəyini açıqladı. Kerrinin Moskvaya səfərini, apardığı danışıqları prezidentlər B.Obama və V.Putinin telefon danışıqları daha da asanlaşdırdı. V.Putin hətta C.Kerriyə kompliment dedi: “Siz çox gəzir, çox işləyirsiniz, bir az yatın dincəlin”. ABŞ-ın Rusiyaya qarşı son siyasətini konfiqurasiyası belədir: ABŞ həm Suriya, həm də Ukrayna məsələsində Rusiyaya güzəştlərə gedir, Rusiya bu güzəştləri qəbul edir, müəyyən qədər arxayınlaşır. ABŞ isə Rusiyanın iqtisadi çökdürmə planına əlavə dividentlər əldə edir".

Politoloq qeyd edib ki, Kerri Moskvadan “xoş niyyətlə” qayıtdıqdan dərhal sonra ABŞ Rusiyaya qarşı iki dəfə yeni iqtisadi sanksiyalar əlavə etdi: "AEBA-nın İranla əlaqəli pozitiv sənədinə ABŞ Dövlət Departamenti dərhal müsbət münasibət bildirdi. Bundan dərhal sonra bir tərəfdən İrana qarşı sanksiyaları ləğv edən ABŞ, digər tərəfdən başqa sanksiyalar tətbiq etməyə başladı: İrana səfər etmiş digər ölkə vətəndaşlarının ABŞ-a daxil olmasına əlavə baryerlər müəyyənləşdirdi. Eləcə də, ABŞ “Sepahı” terrorçu təşkilatlar siyahısına salmaq niyyətindədir. ABŞ-ın hər iki addımı İranın imicinə ciddi zərbədir. Lakin əsas hədəf İranın Rusiya ilə münasibətləridir".

M.Əhmədoğlu qeyd edib ki, Suriya ərazisində terrorçu təşkilatların siyahısının razılaşdırılması ABŞ-la Rusiya arasında müşkül məsələyə çevrilib: "Rusiyanın SEPAH-ın terrorçu təşkilat hesab edilməsinə razılıq verməsi İranı kəskin antirusiya siyasətə vadar edəcək. ABŞ isə hərtərəfli uduşda olur. İndiki şəraitdə İranın antirusiyaçılığı Rusiyaya əvəzedilməz itki yarada bilər. Tarixi analogiyaya bir də qayıdaq: Ribbentrop-Molotov paktının gizli əlavəsi Baltikyanı dövlətlərdən ikisinin, Finlandiyanın, Şərqi Polşadakı bəzi ərazilərin və Bessarabiyanın s. SSRİ-yə qayıtmasına səbəb oldu. Amma iki ildən sonra A.Hitler SSRİ-yə hücum etdi. İkinci Dünya müharibəsi belə başladı. İndi də üçüncü dünya müharibəsinin astanasıdır".

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Astroloji proqnoz - 27 sentyabr

27 Sentyabr 2017 00:18

Səudiyyə Ərəbistanında qadınlara "YAŞIL İŞIQ" - iLK DƏFƏ

27 Sentyabr 2017 00:18

Paytaxt məktəbinə Kərim Kərimovun adı verildi

27 Sentyabr 2017 00:09

Məsud Bərzani hökuməti bizə xəyanət etdi -

27 Sentyabr 2017 00:04

Giləzidə 196 ədəd partlamamış hərbi sursat aşkar edilib

27 Sentyabr 2017 00:02

Suriyada Rusiyaya məxsus vertolyot vurulub

26 Sentyabr 2017 23:57

Tramp: “Bu, kommunist ölkə üçün dəhşətli olacaq”

26 Sentyabr 2017 23:53

Sosial media cəmiyyəti aldadır - VİDEO

26 Sentyabr 2017 23:43

Səudiyyə Ərəbistanında ilk dəfə qadınların avtomobil sürməsinə icazə verilib

26 Sentyabr 2017 23:42

Moskvada bomba həyəcanı -

26 Sentyabr 2017 23:42

Üzeyir Hacıbəyli festivalı başa çatdı

26 Sentyabr 2017 23:29

“Qarabağ”ın rəqibində yeni müqavilə

26 Sentyabr 2017 23:24

4 otaqlı ev yandı

26 Sentyabr 2017 23:19

Azərbaycan neftinin qiyməti 60 dolları ötdü

26 Sentyabr 2017 23:18

Bakıda yaşlı qadını yük maşını vurub

26 Sentyabr 2017 23:17

İcra Hakimiyyəti küləyin fəsadları barədə -

26 Sentyabr 2017 23:16

Azərbaycan neftinin qiyməti 2015-ci ilin iyulundan ilk dəfə 60 dolları ötdü

26 Sentyabr 2017 23:12

Meksikadan Azərbaycana TƏŞƏKKÜR

26 Sentyabr 2017 22:58

Çilidə 5,1 bal gücündə zəlzələ baş verib

26 Sentyabr 2017 22:57

Dünyanın ən böyük ikinci almazı satılıb -

26 Sentyabr 2017 22:55

Avropa çempionatı: Belarus və Hollandiya voleybolçuları növbəti mərhələyə yüksəlib

26 Sentyabr 2017 22:37

ABŞ və Çindən sonra Rusiya da HAZIRLADI: Daha raketlər lazım OLMAYACAQ - FOTO/VİDEO

26 Sentyabr 2017 22:33

Rusiyanın bombardmançı təyyarələri terror təşkilatlarının mövqelərinə zərbələr endirib

26 Sentyabr 2017 22:33

"Kəpəz" - "Qəbələ" matçının yeri dəyişdirilib

26 Sentyabr 2017 22:22

Türkiyədə bina çökdü - Ölən və yaralanan var

26 Sentyabr 2017 22:18

Referendumun təşkilatçıları əməllərinə görə cavab verəcəklər -

26 Sentyabr 2017 22:15

ABŞ-dan Pxenyana qarşı əlavə sanksiyalar

26 Sentyabr 2017 22:14

İranda "Telegram" messencerinin yaradıcısına qarşı cinayət işi açılıb

26 Sentyabr 2017 22:12

Azərbaycan Türkiyədə traktor istehsal edəcək

26 Sentyabr 2017 22:03

Filippin prezidentini qətlə yetirmək istədilər -

26 Sentyabr 2017 22:00

“Adamyeyənlər ət satışı üçün yer axtarırdılar” - Hanniballar ailəsi barədə ŞOK DETALLAR

26 Sentyabr 2017 21:53

Azərbaycan Türkiyədə traktor istehsal edəcək

26 Sentyabr 2017 21:50

Türkiyə ordusu İraqla sərhəddə hərbi təlimləri genişləndirib

26 Sentyabr 2017 21:44

İran sərhədlərini gücləndirir

26 Sentyabr 2017 21:38

Meksika təbii fəlakətlə əlaqədar göstərdiyi dəstək və həmrəyliyə görə Azərbaycana minnətdarlıq edib

26 Sentyabr 2017 21:37

Bağdad kürd muxtariyyətinə üç gün vaxt verdi

26 Sentyabr 2017 21:34

Türkiyəli jurnalist Qurban Qurbanova hədiyyə verdi

26 Sentyabr 2017 21:28

Rusiya İraqın ərazi bütövlüyünün tərəfdarıdır -

26 Sentyabr 2017 21:28

Şimali koreyalı futbolçunu ağladan qadağa

26 Sentyabr 2017 21:19

İraq kürd muxtariyyətinə 3 gün vaxt verdi

26 Sentyabr 2017 21:14

Deputat həmkarını iclas zamanı nokauta saldı - FOTO

26 Sentyabr 2017 21:13

BƏƏ mütəxəssisləri Heydər Əliyev hava limanının əməkdaşlarına təlimlər keçir

26 Sentyabr 2017 21:12

"Facebook" rəsmən xəbərdar edildi -

26 Sentyabr 2017 21:10

ABŞ Senatının komitəsi Con Hantsmanın Amerikanın Rusiyadakı səfiri vəzifəsinə namizədliyini təsdiqləyib

26 Sentyabr 2017 21:02

Səudiyyə kralından tarixi qərar

26 Sentyabr 2017 20:58

Pentaqon rəhbəri Hindistana səfər edib

26 Sentyabr 2017 20:50

Bakıda pulsuz vayfay olan ərazilər genişləndi - TAM SİYAHI

26 Sentyabr 2017 20:48

Türkiyə XİN başçısı: “Bundan sonra Türkiyəyə gəlmə, Bağdadda görüşəcəyik”

26 Sentyabr 2017 20:47

Bakıda pulsuz "Wi-Fi" olan ərazilər genişləndi -

26 Sentyabr 2017 20:41

İsveçdə tank qatarla toqquşub

26 Sentyabr 2017 20:37