İmişli stadionunda yanıb

İmişli stadionunda yanıb
13:34 8 Yanvar 2016
23 Ölkə
Ölkə mətbuatı
A- A+

İmişlidə stadionun inzibati binasında yanğın hadisəsi baş verib.

 

APA-nı Mil-Muğan bürosunun məlumatına görə, ötən gün axşam saatlarında stadion ərazisində yerləşən, ümumi sahəsi 240 kv.m olan ofis binasında yanğın başlayıb. Hadisə yerinə İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib. Alovun qarşısı alınıb. Hadisə nəticəsində ofis binasının 1-ci mərtəbəsində yerləşən hamam otağının 9 kv.m ərazisi yanıb, binanın qalan hissələri yanğından mühafizə edilib.

 


Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR