​Azərbaycanda bəzi kommersiya bankları valyuta satışını dayandırıb

​Azərbaycanda bəzi kommersiya bankları valyuta satışını dayandırıb
13:37 8 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən bankların əksəriyyəti nağd xarici valyuta - dollar və avronun satışını dayandırıb. Həttta bəzilərində proses alış əməliyyatları da məhdudlaşdırılıb.
"Report"un verdiyi xəbərə görə, bankların rəsmi veb-saytlarında onların valyuta mübadiləsi üzrə məzənnələri qeyd olunsa da, əksər filial və baş ofislərdə proses dayandırılıb. Bir sıra banklar baş ofisdə satışı dayandırsa da, bəzi valyutadəyişmə məntəqələri və filiallarında proses məhdud sayda da olsa həyata keçirilir. Bildirək ki, bir neçə bankda səhər saatlarında valyuta satışı həyata keçirilsə də, hazırda bu, mümkün deyil.
Banklar bunun mövcud durumla bağlı olduğunu bildirir. Satışın nə vaxt bərpa olunacağı barədə isə hələlik heç bir məlumat verilmir.
Satış həyata keçirilən banklarda isə məbləğ məhdudiyyəti tətbiq olunur. Belə ki, "BTB Bank" ASC-dən bildirilib ki, hazırda satış olsa da, bu məblığ 500 dollarla məhdudlaşdırılıb. Analoji limit "Azer-Turk Bank"da mövcuddur.
"Unibank"dan isə bildirilib ki, hazırda kredit ödənişləri və pul köçürmələri məqsədləri üçün nağdsız dollar satışı davam edir: "Bundan kənar satışlar isə dolların məzənnəsindəli qeyri-sabitlik səbəbindən müvəqqəti dayandırılıb. Bank rəhbərliyinin qərarı ilə nahardan sonra dolların satışı bərpa ediləcək".
"Zaminbank"ın baş ofisində satış dayandırıldığı, məntəqlərdə isə davam etdirildiyi deyilsə də, əksər məntəqlərdə hazırda dolların olmadığı qeyd olunub:
Aşağıdakı cədvəldə Bakı şəhərində bəzi banklar üzrə xarici valyutanın alış-satış məzənnələri (saat 13:00-a) əks olunub:

Bank AZN/USD AZN/EUR AZN/RUB Alış Satış Alış Satış Alış Satış 1 AGBank 1,5500 1,7500 1,6670 1,7800 2 Amrahbank 1,5600 1,7000* 1,6700 1,8400* 0,0190 0,0220 3 BTB Bank 1,5900 1,7900 1,6594 1,8586 0,0200 0,0222 4 Silk Way Bank 1,5600 1,5600* 1,6800 1,6800* 0,02049 0,02130 5 Bank VTB Azerbaijan 1,5500 1,8000 1,6670 1,7340 0,0150 0,0216 6 AFB Bank 1,5600* 1,7000* 1,6600* 1,8405* - - 7 Demirbank 1,5600 1,7800 1,6700 1,9000 - - 8 Dekabank 1,6000 1,6600* 1,6700 1,8000* 0,0200 0,0250 9 Kapital Bank 1,5569 1,7500 1,6831 1,9100 - - 10 Atabank 1,5600* 1,7050* 1,6700* 1,7050* 0,0195 0,0219 11 Unibank 1,5642 1,7500* 1,7009 1,8509* 0,0189 0,0210 12 YapiKredi Bank Azerbaijan   1,4547 1,7050* 1,5878 1,8540* - - 13 Zaminbank 1,7200 1,8200 1,8200 1,9700 - - 14 Access Bank 1,5590 1,6600* 1,6580 1,7750* - - 15 Turanbank 1,6000 1,7500* 1,6500 1,7500* - - 16 Bank of Baku 1,5900 1,6800* 1,6670 1,7340* 0,0205 0,0213 17 Azer-Türk Bank 1,5640 1,6560 1,6805 1,9400* - - 18 Bank Respublika 1,5600 1,6950* 1,6500 1,7750* 0,0200 - 19 Rabitabank 1,5700 1,7500* 1,6669 1,8500 0,0196 0,0213 20 Expressbank 1,5641 1,5955* 1,6950 1,7350* - -
* Bu valyutalar üzrə banklar satışı dayandırıb və qeyd olunan məzənnə yalnız valyutada verilən kreditlər üzrə ödənişlərin hesablanması üçün istifadə olunur.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycanda-banklar-valyuta-satisini-mehdudlasdirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR