İŞİD-çi anasının başını kəsdi

İŞİD-çi anasının başını kəsdi
13:42 8 Yanvar 2016
127 Digər
Ölkə mətbuatı
A- A+

İŞİD-in özünə paytaxt elan etdiyi Suriyanın Rakka şəhərində qandonduran hadisə baş verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı İŞİD-çi Əli Sakr doğma anasını dini ideyalardan uzaqlaşdığı üçün məhkəməyə verib.

İŞİD liderlərinin iştirak etdiyi məhkəmə qadına ölüm hökmü çıxarıb. Bundan sonra Əli Sakr məhkəmənin qərarını şəxsən icra edərək anasının başını kəsib.  

Suriyalı hüquq müdafiəçilərinin məlumatına görə, gəncin anası oğluna İŞİD-dən ayrılmağı və hökumət qüvvələrinin nəzarətində olan əraziyə qaçmalarını təklif  edibmiş.    

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR